2020-03-15
Qazaxıstan Respublikasında müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Qazaxıstan Respublikasında müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Azərbaycanın Qazaxıstandakı Səfirliyində “qaynar xətt” yaradılıb.

Koronavirus pandemiyası əleyhinə tədbirlər çərçivəsində 16 mart, saat 08:00-dan etibarən 15 aprel, saat 07.00-dək Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan olunub. Ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində “qaynar xətt” yaradılıb. Eyni zamanda, vətəndaşlar Azərbaycan Respublikasının Aktau şəhərindəki  Baş konsulluğu və Səfirliyin Almatıdakı ofisi ilə də əlaqə saxlaya bilərlər.

- Azərbaycanın Qazaxıstandakı Səfirliyində - Nur-Sultan şəhərində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 000 2838
- Aktau şəhərindəki Baş konsulluqda “qaynar xətt”in əlaqə telefonu:
+7 708 712 7016
- Səfirliyin Almatı şəhərindəki ofisinin “qaynar xətt”inin əlaqə telefonu:
+7 778 786 4670

Fövqəladə vəziyyətlə bağlı ətaflı aşağıdakı linkdən öyrənmək mümkündür:

http://www.akorda.kz/ru/legal_acts/decrees/o-vvedenii-chrezvychainogo-polozheniya-v-respublike-kazahstan?fbclid=IwAR3ExG9tIlyUlcVpEH59amjdneauQeNk6zkzFsWV4CnR8BmX_CscaJrDmV8

əvvəlki xəbər

.