2020-03-15
Qazaxıstan Respublikasında müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Qazaxıstan Respublikasında müvəqqəti qeydiyyatda olan və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində “qaynar xətt” yaradılıb.

Koronavirus pandemiyası əleyhinə tədbirlər çərçivəsində 16 mart 2020-ci il saat 08:00-dan etibarən 15 aprel 2020-ci il saat 07.00-dək Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan olunub. Ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının 24 saat ərzində rahatlıqla əlaqə saxlaya bilməsi üçün Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində “qaynar xətt” yaradılıb. Eyni zamanda, vətəndaşlar Azərbaycan Respublikasının Aktau şəhərindəki  Baş konsulluğu və Səfirliyin Almatı şəhərindəki ofisi ilə də əlaqə saxlaya bilərlər.

- Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin  Nur-Sultan şəhərindəki “qaynar xətt”in əlaqə telefonu:
+7 778 000 2838

- Səfirliyin Almatı şəhərindəki ofisində “qaynar xətt”in əlaqə telefonu:
+7 778 786 4670
- Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda “qaynar xətt”in əlaqə telefonu:
+7 708 712 7016

Fövqəladə vəziyyətlə bağlı  aşağıdakı linkdən ətaflı məlumat öyrənmək mümkündür:

http://www.akorda.kz/ru/legal_acts/decrees/o-vvedenii-chrezvychainogo-polozheniya-v-respublike-kazahstan?fbclid=IwAR3ExG9tIlyUlcVpEH59amjdneauQeNk6zkzFsWV4CnR8BmX_CscaJrDmV8

növbəti xəbər əvvəlki xəbər

.