2020-01-19
Almatıda “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Almatı şəhərində “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov 20 Yanvar faciəsinin totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi.

Diplomat Qazax xalqının Oljas Süleymenov kimi böyük ziyalılarının simasında hər zaman Azərbaycan xalqının yanında olduğunu, ən ağır vaxtlarda dəstək göstərdiyini söyləyib.

İyirmi Yanvar faciəsi zamanı Azərbaycan xalqına dəstəyini açıq şəkildə ifadə edən, SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan, hadisələrin canlı şahidi, Azərbaycanın böyük dostu, Qazaxıstanın nüfuzlu dövlət xadimi Oljas Süleymenov isə bildirib ki, bu cür vandallıq aktları qəlblərdə və düşüncələrdə xoş iz buraxmasa da, bizə tarixdən dərs çıxarmağı öyrədir.

Anım tədbiri çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib, gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Fəqan Həsənlinin təqdimatında şəhidlərin xatirəsinə Azərbaycan və dünya klassiklərindən seçilmiş əsərlər ifa olunub.

83996656_1563414483811999_1698199647585042432_o

82424032_1563414617145319_1784075263810732032_o

83166455_1563414490478665_2100926726497370112_o

83623504_1563414707145310_1205073613149962240_o

83473483_1563414640478650_4628282914520432640_o

əvvəlki xəbər

.